Vətəndaşlar tərəfindən silah-sursat könüllü olaraq polis orqanlarına təhvil verilmişdir
02.02.2009 Babək rayon sakini Sahib Bağırov tapdığı 1 ədəd “AKM” silahını, 6 ədəd mərmini, 1 ədəd tüstüverici şaşkanı, 4 ədəd gecəgörmə cihazını, 2500 ədəd avtomat gülləsini, 1 ədəd pulemyot lentini, 6 ədəd qumbara alışdırıcısı və 7 ədəd güllə darağını könüllü olaraq Babək RPŞ-yə, Şahbuz rayon sakini Həsən Hüseynov tapdığı 1 ədəd nömrəsi silinmiş ov tüfəngini, 2 ədəd fişəngi, 1 ədəd minanı, 2 ədəd qumbaranı və 3 ədəd patron darağını könüllü olaraq Şahbuz RPŞ-yə təhvil vermişlər.