Masazır qəsəbə sakini Günəş Məmmədovanın evindən oğurluq etmiş Tovuz rayon sakini Mədət Cəfərov və Yardımlı rayon sakini Adəm Şirinov tutulmuşlar
02.02.2009 Fevralın 2-nə keçən gecə Masazır qəsəbə sakini Günəş Məmmədovanın evindən pəncərədən girmək yolu ilə 1 ədəd mobil telefon, 40 manat və qızıl əşyaları oğurlanmışdır. Abşeron RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş Tovuz rayon sakini Mədət Cəfərov və Yardımlı rayon sakini Adəm Şirinov tutulmuşlar.