Binəqədi qəsəbə sakini Məhərrəm İsgəndərova məxsus evdə yanğın baş vermişdir
31.01.2009 Saat 18.30 radələrində Binəqədi qəsəbə sakini Məhərrəm İsgəndərova məxsus 3 otaqlı evdə yanğın baş vermişdir. Nəticədə bütövlükdə evin yanar konstruksiyaları və oradakı əşyalar yanmışdır. Yanğın söndürüldükdən sonra M.İsgəndərovun yanmış meyiti tapılmışdır.