Yükü xam neft olan qatarın 5 vaqonu relsdən düşmüşdür
31.01.2009 Fevralın 1-də saat 04.55 radələrində Dübəndidən Batumi istiqamətində hərəkət edən, yükü xam neft olan qatarın (tərkibində hər birində 64 ton xam neft olan 35 sisterna olmuşdur) 5 vaqonu relsdən düşmüş, onlardan 2-si aşmış və birindən xam neft qismən axmışdır. Vaqonların relsə qaldırılması və ətrafa dağılmış xam neftin yığılması istiqamətində tədbirlər görülür.