Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Şəki rayon sakinləri V.Abbasova və N.İsgəndərova saxta əskinaslar vermiş Şəki şəhər sakinləri tutulmuşlar

29.01.2009

Yanvarın 28-də Şəki şəhəri ərazisində naməlum şəxs rayon sakinləri Vədud Abbasovun və Nurməmməd İsgəndərovun etimadlarını qazanaraq onlardan 110 manat almış və əvəzində onlara 7 ədəd saxta 20 manatlıq əskinaslar vermişdir. Şəki ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Şəki şəhər sakini Xeybər Məmmədov və əskinasları ona vermiş həmyerlisi Neman Abdullayev tutulmuşlar. N.Abdullayevin evindən 1 ədəd kompüter, 1 ədəd printer, 1 ədəd skayner və 3 ədəd saxta 20 manatlıq əskinaslar götürülmüşdür.

29.01.2009 tarixinə olan kriminal məlumatlar