Ağdam rayonu ərazisində A.Səfərovun "QAZel" markalı avtomaşını minalanmış sahəyə sürməsi nəticəsində partlayış baş vermişdir
29.01.2009Saat 16.00 radələrində Ağdam rayonunun Evoğlu kəndində Ağcabədi rayon sakini Anar Səfərov "QAZel" markalı avtomaşını idarə edərkən minalanmış sahəyə düşmüşdür. Nəticədə baş vermiş partlayışdan avtomaşının yanar konstruksiyaları yanmış, xəsarət almış A.Səfərov və sərnişinləri həmyerliləri Şükür Məmmədov və Razi Tağıyev isə xəstəxanaya yerləşdirilmişlər. Ş.Məmmədovun vəziyyəti ağır, digərlərinə isə ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışlar.