Avaraçılıq və dilənçiliklə məşğul olan 40 nəfər saxlanılmışdır
29.01.2009Nəsimi RPİ əməkdaşları tərəfindən avaraçılıq və dilənçiliklə məşğul olan 17 nəfər (onlardan 6-sı qadın, 1-i kişi, 10-u isə azyaşlılar olmuşdur), Nizami RPİ əməkdaşları tərəfindən avaraçılıq və dilənçiliklə məşğul olan 23 nəfər (onlardan 6-sı qadın, 17-si isə azyaşlılar olmuşdur) saxlanılmış və Bakı BPİ-nin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsinə göndərilmişlər.