Daşkəsən rayonunda yaşayan Məmməd Alıyev arvadı Solmazı döyərək öldürmüşdür
27.01.2009 Yanvarın 26-da Daşkəsən rayonundakı A.Abdullayev küçəsi ev 72 mənzil 10-da, orada kirayədə yaşayan Məmməd Alıyev ailə münaqişəsi zəminində arvadı Solmazı döymüşdür. Solmaz aldığı xəsarətdən evində ölmüşdür. Daşkəsən RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində M.Alıyev tutulmuşdur.