İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşları tərəfindən qadınları cinsi istismara məruz qoyma faktı ilə əlaqədar 3 nəfər şəxs tutulmuşdur
25.01.2009 DİN İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Kübrə Mehdiyeva bir qrup şəxslə cinayət əlaqəsinə girib insan alveri ilə məşğul olaraq gəlir əldə etmək məqsədilə qadınları Türkiyəyə apararaq, Gəncə şəhər sakini Məlahət Ağayeva bir qrup şəxslə cinayət əlaqəsinə girib insan alveri ilə məşğul olaraq gəlir əldə etmək məqsədilə qadınları RF-nin Moskva şəhərinə apararaq, Gəncə şəhər sakini Gülnar Allahverdiyeva bir qrup şəxslə cinayət əlaqəsinə girib, insan alveri ilə məşğul olaraq gəlir əldə etmək məqsədilə qadınları BƏƏ-nin Dubay Əmirliyinə və RF-nin Moskva şəhərinə göndərərək cinsi istismara məruz qoyması faktları ilə əlaqədar tutulmuşlar.