Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Yaşar Əliyev sərxoş halda avtomat silahdan atəş açaraq oğlu Cavidi yaralamışdır

20.01.2009

Saat 07.50 radələrində Gəncə şəhəri F.Əmirov küçəsində yaşayan Yaşar Əliyev sərxoş halda, ailə münaqişəsi zəminində avtomat silahdan atəş açaraq oğlu Cavidi yaralamışdır. Kəpəz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Y.Əliyev tutulmuş, ondan 1 ədəd "AKS" silahı, 14 ədəd patron və 1 ədəd patron darağı götürülmüşdür.