DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüş və yabanı halda bitmiş xaşxaş kolları yığılaraq məhv edilmişdir

17.07.2008

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşları Bakı şəhər sakinləri Hüseyn Fətəliyevdən 0,616 qram heroin, Natiq Xudaquliyevdən 0,276 qram heroin, Sumqayıt ŞPİ əməkdaşları H.Z.Tağıyev qəsəbə sakini, əvvəllər məhkum olunmuş Hətəm Rufullayevdən 0,244 qram heroin, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Fuad Rzayevdən 0,211 qram heroin, Lənkəran ŞRPŞ əməkdaşları Liman şəhər sakini Şahin Bağırovdan 0,398 qram heroin götürmüşlər.  

Nizami RPİ 25-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakini Aynur Həsənəliyevadan 0,291 qram heroin götürülmüşdür. Narkotik vasitəni ona satmış Zığ qəsəbə sakini, əvvəllər məhkum olunmuş Səlim Səlimov tutulmuş, ondan 0,239 qram heroin götürülmüşdür.
DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi və Yardımlı RPŞ əməkdaşları tərəfindən Alar kəndindən yabanı halda bitmiş, çəkisi 41 ton 400 kiloqram olan 81300 ədəd xaşxaş kolu yığılaraq məhv edilmişdir.