DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Gədəbəy rayonunun Gərgər kəndində yol-nəqliyyat hadisəsi

15.07.2008

Saat 13.20 radələrində Gədəbəy rayonunun Gərgər kəndində Düzyurd kənd sakini İqbal Musayev "VAZ-2103" markalı avtomaşını idarə edərkən onu aşırmışdır. Nəticədə sərnişini, həmkəndlisi Tural Qasımov hadisə yerində ölmüş, xəsarət almış İ.Musayev və digər sərnişini, həmyerlisi Salman Tahirov isə xəstəxanaya yerləşdirilmişdir. Gədəbəy RPŞ tərəfindən araşdırmalar aparılır.