Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Bakı-Quba yolunun 86-cı km-də yol-nəqliyyat hadisəsi

13.07.2008

Saat 12.30 radələrində Bakı-Quba yolunun 86-cı km-də, Zarat kəndinin ərazisində Dəvəçi rayon sakini Vasif Bayramovun idarə etdiyi "VAZ-21074" markalı və Bakı şəhər sakini Nailə Ələkbərovanın idarə etdiyi "Honda" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə "VAZ-21074" markalı avtomaşının sərnişini, Dəvəçi rayon sakini Şirəli Novruzov, "Honda" markalı avtomaşının sərnişini Ramiz Ələkbərov hadisə yerində ölmüş, xəsarət almış hər 2 sürücü və R.Bayramovun sərnişinləri, həmyerliləri Narxanım Novruzova, Əfsanə Novruzova, Ağdaş rayon sakini Pərvin Məmmədov, habelə N.Ələkbərovanın sərnişinləri, anası Tamella, həmyerliləri Nadir Zeynalov və Rəşid Vəzirov xəstəxanaya yerləşdirilmişlər. Tamella orada ölmüşdür. Siyəzən RPŞ tərəfindən araşdırmalar aparılır.

13.07.2008 tarixinə olan kriminal məlumatlar