Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

27.06.2008

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Nəsimi RPİ 21-ci PB əməkdaşları Bakı şəhər sakini Bəybala Xalıqovdan 0,524 qram heroin, Gəncə ŞPİ əməkdaşları şəhər sakini Ramiq Məlikovdan 0,207 qram heroin, Salyan RPŞ əməkdaşları rayon sakini Asif Gülməmmədovdan 1,342 qram tiryək və 6 ədəd «Diazepam» həbləri, Arbatan kənd sakini Ziyafət Kərimovdan 0,285 qram heroin götürmüşlər. Astara RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ərçivan kənd sakini Akif Kərimov 1,067 qram heroini satarkən tutulmuşdur. Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Çinarlı qəsəbə sakini Fazil Xəlilov 1,358 qram heroini satarkən tutulmuşdur. Zaqatala RPŞ əməkdaşları tərəfindən Faldar kəndindən yabanı halda bitmiş, çəkisi 2 ton 980 kiloqram olan 4700 ədəd, Astara RPŞ əməkdaşları tərəfindən Maşxan kəndindən yabanı halda bitmiş, çəkisi 673 kiloqram olan 418 ədəd çətənə, Sabirabad RPŞ əməkdaşları Qasımbəyli kəndindən yabanı halda bitmiş, çəkisi 690 kiloqram olan 743 ədəd xaşxaş, Yardımlı RPŞ, MTN-in rayon şöbəsi və DSX əməkdaşları tərəfindən Arvana kəndindən yabanı halda bitmiş, çəkisi 2 ton 800 kiloqram olan 4750 ədəd xaşxaş kolları yığılaraq məhv edilmişdir.