DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüş və yabanı halda bitmiş çətənə kolları məhv edilmişdir

19.06.2008

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşları Salyan rayon sakini Səmədağa Qurbanovdan 26,05 qram marixuana,Səbail RPİ əməkdaşları Bakı şəhər sakini Oqtay Qasımbəyovdan 0,415 qram heroin,39-cu PB əməkdaşları Göygöl rayon sakini,əvvəllər məhkum olunmuş Elşən İsmayılovdan 428,49 qram marixuana,Xətai RPİ 35-ci PB əməkdaşları Bakıxanov qəsəbə sakini Kamal Həsənovdan 0,323 qram heroin götürmüşlər.Ağdaş RPŞ əməkdaşları tərəfindən Qaradağlı kəndindən yabanı halda bitmiş, çəkisi 210 kiloqram olan 1814 ədəd çətənə kolları yığılaraq məhv edilmişdir.