DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüş və yabanı halda bitmiş çətənə kolları məhv edilmişdir

18.06.2008

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Sabunçu RPİ 15-ci PB əməkdaşları Bakı şəhər sakinləri Mehman Rzayevdən 0,238 qram, Məlik Səfərovdan 0,344 qram heroin, Suraxanı RPİ əməkdaşları Yeni Günəşli qəsəbə sakini Elşad Tağıyevdən 0,238 qram heroin götürmüşlər. Bakı BPİ-nin Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Bəxtiyar Sadıxov 0,229 qram heroini satarkən tutulmuş, onun üstünə baxış zamanı əlavə 0,251 qram heroin aşkar edilərək götürülmüşdür. Qaradağ RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Şirvan şəhər sakini Elçin Balakişiyev 0,315 qram heroini satarkən tululmuş, onun üstünə baxış zamanı əlavə 10,853 qram heroin aşkar edilərək götürülmüşdür. Ağstafa RPŞ əməkdaşları tərəfindən Dağkəsəmən kəndindən yabanı halda bitmiş, çəkisi 1 ton 154 kiloqram olan 4619 ədəd, Qazax RPŞ əməkdaşları tərəfindən Daşsalahlı kəndindən yabanı halda bitmiş, çəkisi 2 ton 667 kiloqram olan 7650 ədəd çətənə kolları yığılaraq məhv edilmişdir.