DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

11.06.2008

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Səbail RPİ əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Faiq Babayevdən 455, 0 qram marixuana, Yasamal RPİ 29-cu PB əməkdaşları Maştağa qəsəbə sakini Kamran Bağırovdan 0,252 qram heroin, Sumqayıt ŞPİ əməkdaşları şəhər sakini Vüqar Əhmədovdan 0,231 qram heroin, Gəncə ŞPİ əməkdaşları şəhər sakini Sabir Abdullayevdən 0,3 qram heroin, Salyan RPŞ əməkdaşları rayon sakini Səxavət Ələkbərovdan 0,214 qram heroin, Bərdə RPŞ əməkdaşları rayon sakinləri, əvvəllər məhkum olunmuş Rizvan Sadıqovdan 9,3 qram heroin, Saleh Bədəlovdan 0,13 qram heroin, Hacıqabul RPŞ əməkdaşları rayon sakini Səyavuş Aslanovdan 6,690 qram heroin götürmüşlər. Əzizbəyov RPİ 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Şağan qəsəbə sakini Daşqın Hüseynov 1,069 qram heroini satarkən tutulmuşdur.