DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüş və yabanı halda bitmiş çətənə kolları məhv edilmişdir

10.06.2008

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Səbail RPİ əməkdaşları narkotik vasitə ilə tutulmuş Tofiq Cəfərovun evinə baxış zamanı 1,305 qram heroin, Sabunçu RPİ 15-ci PB əməkdaşları Abşeron rayon sakini Cabbar Hümbətovdan 0,245 qram heroin, Zaqatala RPŞ əməkdaşları Balakən rayon sakini Rafiq Dostəliyevdən 0,5 qram heroin, Lənkəran ŞRPŞ əməkdaşları şəhər sakini İlkin Həsənovdan 0,976 qram heroin götürmüşlər. Saatlı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Naharlı kənd sakini Ziyandin Həsənovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş, çəkisi 11 kiloqram olan 117 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür. DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi və İsmayıllı RPŞ əməkdaşları tərəfindən Cülyan kəndinin ərazisində yabanı halda bitmiş, çəkisi 1450 kiloqram olan 2900 ədəd kənaf kolu, BNMİ və Goranboy RPŞ əməkdaşları tərəfindən Safıkürd kəndi ərazisində yabanı halda bitmiş, çəkisi 431 kiloqram olan 1230 ədəd çətənə kolu, Zaqatala RPŞ əməkdaşları Əlibayramlı kəndinin ərazisindən yabanı halda bitmiş, çəkisi 1270 kiloqram olan 3150 ədəd çətənə kolu, yığılaraq məhv edilmişdir. Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini Rahib Əliyevdən 0,4 qram həşiş götürülmüşdür. Narkotik vasitəni ona vermiş rayon sakini Sevdiyar Əzimov tutulmuş, ondan 10 qram həşiş götürülmüşdür.