DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Xətai rayonundakı Nobel prospektində yol-nəqliyyat hadisəsi

09.06.2008

Saat 17.45 radələrində Xətai rayonundakı Nobel prospektində Bakı şəhər sakini Rauf Hüseynovun idarə etdiyi "QAZ-3110" markalı və Nemət Səmədovun idarə etdiyi "Mercedes" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə R.Hüseynov və N.Səmədovun sərnişini, Qəbələ rayon sakini Sahil Fərzəliyev hadisə yerində ölmüş, xəsarət almış N.Səmədov və digər sərnişini, Qəbələ rayon sakini Mikayıl Yusifov isə xəstəxanaya yerləşdirilmişlər. Xətai RPİ tərəfindən araşdırmalar aparılır.