DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Qobustan rayonunun Gənci kəndində yol-nəqliyyat hadisəsi

09.06.2008

Saat 19.00 radələrində Qobustan rayonunun Gənci kəndində, Ağsu rayon sakini Elxan Seyidovun idarə etdiyi «VAZ-2107» markalı, Bərdə rayon sakini Raul Qulamovun idarə etdiyi «Nissan» markalı və Ağsu rayon sakini Dosməmməd Səlimovun idarə etdiyi «VAZ-2106» markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə xəsarət almış E.Seyidov və sərnişinləri, arvadı Xatirə, oğlu Murad, qızı Arzu, həmyerlisi Musa Fərəcov, habelə R.Qulamovun sərnişinləri, Bakı şəhər sakini Sahibə Məmmədova, onun nəvəsi Rəşad xəstəxanaya yerləşdirilmişlər. Qobsutan RPŞ tərəfindən araşdırmalar aparılır.