DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Abşeron rayonunun Masazır qəsəbəsində yol-nəqliyyat hadisəsi

09.06.2008

Saat 23.30 radələrində Abşeron rayonunun Masazır qəsəbəsində, Sumqayıt şəhər sakini Rəsul Hüseynovun idarə etdiyi "Fiat" markalı və Bakı şəhər sakini Afət Hüseynovun idarə etdiyi "VAZ-2106" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə xəsarət almış A.Hüseynov və sərnişinləri, Abşeron rayon sakinləri Gülarə Əlizadə, İlqar Abduləzimzadə, habelə R.Hüseynovun sərnişini, Sumqayıt şəhər sakini Asiman Məmmədov xəstəxanaya yerləşdirilmişlər. Abşeron RPŞ tərəfindən araşdırmalar aparılır.