DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüş və yabanı halda bitmiş çətənə kolları məhv edilmişdir

09.06.2008

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Nizami RPİ 25-ci PB əməkdaşları Yardımlı rayon sakini Tərlan Behbudovdan 90,326 qram heroin, Səbail RPİ əməkdaşları Bakı şəhər sakini Elman Xudabaxışovdan 481 qram marixuana, Bakı şəhər sakini Tofiq Cəfərovdan 102,29 qram heroin götürülmüşdür. DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş İqbal Həsənovdan 10,235 qram, Bakı şəhər sakini Vüqar Məmmədovdan isə 5,382 qram heroin götürülmüşdür. V.Məmmədovun idarə etdiyi "Hammer" markalı avtomaşına baxış zamanı 21,824 qram heroin, 10089 qram tiryək və 1015,3 qram həşiş aşkar edilərək götürülmüşdür. Saatlı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Naharlı kənd sakini Zayandin Həsənova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş, çəkisi 11,3 kiloqram olan 117 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür. DİN Baş Narkotiklərlə Mybarizə İdarəsi və Zərdab RPŞ əməkdaşları tərəfindən Alıcanlı kəndində 1,7 hektar sahədən yabanı halda bitmiş, çəkisi 2 ton 350 kiloqram olan 6020 ədəd çətənə kolu yığılaraq məhv edilmişdir.