DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Ucar rayonunun Qaracallı kəndində yol-nəqliyyat hadisəsi

21.05.2008

Saat 17.50 radələrində Ucar rayonunun Qaracallı kəndində, Gəncə şəhər sakini Elxan Qasımov "Daewoo" markalı avtomaşını idarə edərkən onu aşırmışdır. Nəticədə xəsarət almış sərnişinləri, Gəncə şəhər sakinləri Fildman Həsənov, İradə Əliyeva, onun oğlu Emin, Qalib Məmmədov, onun arvadı Xalidə, Zahidə Əliyeva, Xanlar rayon sakini Könül Ellazova, Şirvan şəhər sakini Seymur Azayev və Bakı şəhər sakini Eldar Əhmədov xəstəxanaya yerləşdirilmiş, ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışlar. Ucar RPŞ tərəfindən araşdırmalar aparılır.