DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

14.05.2008

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində DİN Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşları Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Vaqif Əliyevdən 1347,3 qram marixuana, Mehman Əliyevdən 0,525 qram heroin, Masallı RPŞ əməkdaşları rayon sakini Seyran Tahirovdan 0,531 qram heroin, Sumqayıt ŞPİ əməkdaşları şəhər sakini Mahir Sədrəddinovdan 0,281 qram heroin, Xaçmaz RPŞ əməkdaşları Xudat şəhər sakini, əvvəllər məhkum olunmuş Rüstəm Xudiyevdən 20,13 qram marixuana, Hacıqabul RPŞ əməkdaşları rayon sakinləri Əlizamin Paşayevdən 1,56 qram həşiş, Ərşad Əliyevdən 1,8 qram həşiş götürülmüşlər. DİN Baş Mühafizə İdarəsi və Astara RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Astara rayon sakini Cəsarət Nəsirov 2,37 qram həşişi satarkən tutulmuşdur. Xətai RPİ 35-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Mehman Zeynalovdan 0,25 qram heroin götürülmüş, M.Zeynalova və A.Səfərova narkotik vasitəni satmış Zığ qəsəbə sakini Bahadur Bünyatov tutulmuş, ondan 0,224 qram heroin götürülmüşdür.