DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

09.05.2008

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Nəsimi RPİ 19-cu PB əməkdaşları Ağsu rayon sakini, əvvəllər məhkum olunmuş Murad Əliyevdən 0,321 qram heroin, 21-ci PB əməkdaşları Bakı şəhər sakini Emin Həsənovdan 1,806 qram heroin, Nizami RPİ 25-ci PB əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Azər Əliyevdən 0,89 qram tiryək və 0,31 qram marixuana, Binəqədi RPİ 7-ci PB əməkdaşları Bakı şəhər sakini Səfiyar Allahyarovdan 0,248 qram heroin, Sumqayıt ŞPİ əməkdaşları Masallı rayon sakini Nicat Fərzəliyevdən 0,229 qram heroin götürmüşlər. Qaradağ RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sahil qəsəbə sakini Əlican Əlicanov 7,85 qram həşişi Lökbatan qəsəbə sakini Bəxtiyar Aydayevə satarkən tutulmuşlar. Astara RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini Valeh Bayramov 0,250 qram heroini satarkən tutulmuşdur.