Ümumi çəkisi 28,8 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
02.05.2025
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 2-də ümumi çəkisi 28,8 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 3,7 kiloqrama yaxın heroin, 22,6 kiloqrama yaxın marixuana və 2,5 kiloqramdan çox metamfetamin olub.Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.