DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin yeni veb saytı istifadəyə verilib

30.03.2016

Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin yeni veb saytı (http:/bpqmi.gov.az/) vətəndaşların istifadəsinə verilib. 
Sayt vasitəsilə vətəndaşlar ümumvətəndaş pasportu, şəxsiyyət vəsiqəsi, Baş İdarənin səlahiyyətlərinə aid bir sıra digər məsələlər haqqında ətraflı məlumat əldə edə bilərlər. 
Saytın elektron xidmətlər bölməsi vasitəsilə Baş İdarəyə elektron olaraq müraciət etmək, həmçinin, müvafiq rüsumları online ödəmək də mümkündür. 

Bundan əlavə, ümumvətəndaş pasportu və şəxsiyyət vəsiqəsi haqqında BPQMİ tərəfindən hazırlanmış xüsusi maarifləndirici video çarxlar da veb saytda yerləşdirilib. Həmin video çarxlarda vətəndaşlara sənədlərin verilmə proseduru vizual olaraq qısa, lakin dolğun izah edilir.
Qeyd edək ki, BPQMİ vətəndaşlara göstərilən xidmətin, fəaliyyətinin daha da təkmilləşdirilməsi üzərində daim çalışır. Buna misal olaraq paytaxt da daxil olmaqla respublikanın bütün bölgələrində səyyar xidmətlərin təşkilini, SMS bildiriş imkanının aktivləşdirilməsini, Facebook üzərindən vətəndaşlarla ünsiyyətin qurulmasını göstərmək olar.