DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən

06.05.2015


Xəbər verildiyi kimi, Daxili İşlər Nazirliyi rəhbərliyinin tapşırığına əsasən Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə ölkəmizin paytaxtında, digər şəhər və rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi, etibarlıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər keçirilir.

İşin səmərəliyinin daha da artırılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi daşıyan belə tədbirlər respublikanın Qax, Samux və Quba RPŞ-lərin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə həmin rayonlarda da baş tutub.

Qax rayonunda 414 nəfərin etibarlıq müddəti bitmiş şəxsiyyət vəsiqəsi dəyişdirilib, orta ümumtəhsil məktəblərinin buraxılış siniflərinin 47 şagirdinə şəxsiyyəti təsdiqləyən sənədlər təqdim olunub.
Samuxda anoloji tədbir nəticəsində 798 nəfərin şəxsiyyət vəsiqəsi dəyişdirilib, o cümlədən rayonda məskunlaşmış 13 məcburi köçkün yeni sənədlərlə təmin edilib.

Quba rayonunda keçirilmiş xidmət zamanı ümumilikdə 852 nəfərə, o cümlədən 36 şagirdə və 3 məcburi köçkünə  yeni şəxsiyyət vəsiqələri verilib.
Vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin edilməsi məqsədilə belə tədbirlər respublikamızın digər bölgələrində də davam etdirilir.