DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Azərbaycan Respublikasının Baş Prokurorluğu və Daxili İşlər Nazirliyindən

30.11.2005











   Xəbər verildiyi kimi «Azadlıq» seçki blokuna daxil olan Azərbaycan Xalq Cəbhəsi, Müsavat və Azərbaycan Demokrat partiyalarının 2005-ci il noyabrın 26-da Dövlət Film Fondunun (keçmiş Qələbə kinoteatrı) qarşısındakı meydanda keçirdikləri mitinq üçün müəyyənləşdirilmiş vaxt başa çatdıqdan sonra, «Sərbəst toplaşmaq azadlığı haqqında» qanunun tələbləri, toplantının keçirilməsi barədə əvəlcədən razılaşdırılmış şərtlər kobud şəkildə pozulmuşdur.
     Radikal mövqedən çıxış edən ayrı-ayrı müxalifət partiyalarının nümayəndələri fasiləsiz mltinqlərin başlandığını elan etmiş, iştirakçıları yerə oturaraq meydanı tərk etməməyə, kütləvi itaətsizliyə çağırmışlar.                    Toplantını keçirmə qaydasının pozulması haqqında daxili işlər orqanları əməkdaşlarının dəfələrlə etdiyi xəbərdarlıqlara məhəl qoymayan yürüş-mitinqin təşkilatçıları aksiya iştirakçılarını hakimiyyət nümayəndələrinə qarşı zor tətbiqi ilə müqavimət göstərməyə təhrik etmişlər.
Nəticədə, qanunla müəyyən edilmiş xidməti vəzifə borcunu yerinə yetirən polis və daxili qoşun qüvvələrinin 46 əməkdaşı və hərbi qulluqçusu, eləcə də mitinq iştirakçılarından bəziləri müxtəlif dərəcəli bədən xəsarətləri almışlar.
     Fakt üzrə Azərbaycan Respublikası Baş Prokurorunun qərarı ilə Cinayət Məcəlləsinin 315.2 və 233-cü maddələri ilə cinayət işi başlanılmış və ibtidai istintaqın aparılması Bakı şəhər prokurorluğuna tapşırılrmışdır.
Törədilmiş cinayət hadisəsinin tam, hərtərəfli və obyektiv araşdırılması, təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetiriləcək şəxslərin cinayət məsuliyyətinə cəlb edilmələri təmin olunacaqdır.

Videogörüntülər