DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DİN-in təmsilçiləri Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət etmişlər

01.07.2013

Azərbaycan Polisinin  yaranmasının 95-ci ildönümü ərəfəsində iyulun 1-də  general-polkovnik Ramil Usubov başda olmaqla Daxili İşlər Nazirliyinin təmsilçiləri Fəxri xiyabana gələrək  müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.



Görkəmli oftalmoloq alim akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə tər güllər düzülmüşdür.
Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları ziyarət olunmuş, «Əbədi məşəl» abidəsinin önünə əklil qoyulmuşdur.