Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:
image_1267089680_24.02.10-ikonka.jpg

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən

24.02.2010

Əvvəlcə daxili işlər nazirinin qarşılanma mərasimi olmuş, nazir müavini, polis general-leytenantı Əsgər Ələkbərov binanın istismara hazır olmaslı barədə raport vermişdir.   
Nazir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daxili işlər orqanlarına göstərdiyi daimi ali diqqət və qayğıdan danışarkən təkcə ötən il onlarla yeni infrastruktur obyektin tikilib istismara verilməsini, lazımi texniki vasitələr və avadanlıqlar alınmasını vurğulamış, dövlət başçımızın elmi-texniki tərəqqinin ən son nailiyyətlərinin daxili işlər orqanlarında tətbiqinə, DİO-nun zəruri avadanlıq və texnika ilə təchizatına böyük diqqət yetirdiyini, məhz belə ali diqqət və qayğı sayəsində bu gün Daxili İşlər Nazirliyinin müasir tələblərə cavab verən texniki və xüsusi  vasitələrlə təmin olunduğunu vurğulamışdır. Texniki təminat sahəsində qeyd olunan irəliləyiş isə son nəticədə ölkəmizdə asayişin, əmin-amanlığın nümunəvi qorunmasının, cinayətkarlıqla aparılan uğurlu mübarizənin davamlı olmasına gətirib çıxarmışdır.
O, əmin olduğunu bildirmişdir ki, daxili işlər orqanlarının şəxsi heyəti Atıcılıq Tirinin imkanlarından səmərəli istifadə etməklə öz fiziki hazırlıqlarını daha da artıracaqlar ki, bu da cinayətkarlıqla mübarizəyə, ictimai asayişin və təhlükəsizliyin qorunmasına öz müsbət təsirini göstərəcəkdir.         
       
Sonra daxili işlər naziri Atıcılıq Tirinin açılışını bildirən qırmızı lenti kəsmiş və kompleks ilə yaxından tanış olmuşdur.
O da qeyd olunmalıdır ki, yeni istifadəyə verilmiş Atıcılıq Tirinin tikintisinə ötən ilin yanvar ayında başlanılmış və cari ilin yanvarında başa çatdırılmışdır. Bir hektar ərazidə inşa edilmiş yeni kompleksin ümumi sahəsi 3340,8 kvadratmetr təşkil edir ki, onun da 672 kvadratmetri inzibati blokdan, 1416 kvadratmetri 12 cığırlı 50 metrlik qapalı tirdən, 1252,8 kvadratmetri isə 6 cığırlı 100 metrlik açıq tirdən ibarətdir. Kompleksin tirlərində tapança və avtomat silahlardan atəş üçün hədəf sistemləri, güllətutan metal qurğular, 18 nəfərin eyni vaxtda atəş açması üçün kabinələr, gülləkeçirməz şüşə ilə təchiz olunmuş operator otaqları, elektron hədəf və monitorlar, siqnalizasiya, havalandırma və digər zəruri kommunikasiya qurğuları quraşdırılmışdır. Əlli metrlik qapalı tirin divarları, tavan və döşəməsi Avropa istehsalı olan yanmayan müasir izolyasiya materialları ilə üzlənmişdir. İnzibati blokda isə təlim üçün sinif otaqları, 10 metrlik pnevmatik tir və digər zəruri sahələr yaradılaraq lazımi avadanlıqlarla təmin edilmişdir.

  Daha sonra nazir Ramil Usubov nəqliyyat vasitələrinə  dövlət texniki baxışının daha keyfiyyətli aparılması üçün müasir avadanlıq, ölçü cihazları və digər zəruri vasitələrlə təchiz edilmiş yeni 11 xətli Müayinə Mərkəzi ilə də tanış olmuşdur. Daxili işlər nazirinə bu sahə də fəaliyyətin təkmilləşdirilməsi və məqsədyönlü qurulması üzrə həyata keçirilən tədbirlər, Mərkəzdə quraşdırılmış texniki avadanlıqların iş prinsipləri və bu zaman nəqliyyat vasitəsi sahiblərinin vaxt itkisinin qarşısının alınması barədə məlumat verilmişdir.