Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:
image_20260119174247.jpg

DİN-də Daxili Qoşunların 2025-ci ildə fəaliyyətinə dair müşavirə keçirilib

19.01.2026

Yanvarın 19-da daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun rəhbərliyi ilə Daxili Qoşunların 2025-ci ildə xidməti fəaliyyətinin yekunlarına dair əməliyyat müşavirəsi keçirilib.

Müşavirəni giriş sözü ilə açan general-polkovnik Vilayət Eyvazov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ordu quruculuğuna, o cümlədən Daxili Qoşunların fəaliyyətinin təkmilləşdirilməsinə, şəxsi heyətin sosial və maddi-texniki təminatının, xidmət şəraitinin daha da yaxşılaşdırılmasına xüsusi diqqət göstərdiyini vurğulayıb.


Sonra daxili işlər nazirinin müavini – Daxili Qoşunların komandanı general-leytenant Şahin Məmmədov xidməti fəaliyyətin yekunları barədə məruzə ilə çıxış edib.
Bildirilib ki, hesabat ilində Daxili Qoşunlar qarşıya qoyulmuş bütün tapşırıqları məsuliyyətlə icra edib. İşğaldan azad edilmiş ərazilərdə mühafizə tədbirləri, minalanmış sahələrə keçmələrin qarşısının alınması istiqamətində görülən işlər xüsusi əhəmiyyət daşıyıb.

Məruzələrdə şəxsi heyətin döyüş, fiziki və ixtisas hazırlığının, idarəetmə və qarşılıqlı fəaliyyət bacarıqlarının təkmilləşdirilməsi məqsədilə keçirilən xüsusi-taktiki təlimlərin həm Daxili Qoşun hissələrinin, həm də polis orqanlarının birgə fəaliyyətinin səmərəliliyini daha da artırdığı diqqətə çatdırılıb.

Müşavirədə beynəlxalq əhəmiyyətli idman yarışları və kütləvi tədbirlər zamanı polis və Daxili Qoşunların şəxsi heyətinin peşəkar fəaliyyəti xüsusi qeyd olunub. Vurğulanıb ki, ölkəmizdə keçirilən mötəbər idman turnirləri, beynəlxalq forumlar və digər irimiqyaslı tədbirlər dövründə ictimai asayiş və təhlükəsizlik yüksək səviyyədə təmin edilib. 

Müşavirəyə yekun vuran nazir V.Eyvazov ötən hesabat ilində DİN-in Daxili Qoşunlarının fəaliyyətini yüksək qiymətləndirib, qarşıda duran vəzifələrdən danışaraq konkret tapşırıq və tövsiyələrini verib. Eyni zamanda əmin olduğunu bildirib ki, şəxsi heyət qarşıya qoyulan bütün vəzifələri bundan sonra da layiqincə yerinə yetirəcəkdir.

2a506b57-cd94-47f8-9318-30efcf871209

1803b5c4-8a3b-4026-991a-ebfe23266de8_1

Ən son press-relizlər