Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:
image_20250508151200.jpg

DİN-in əməkdaşları Ulu Öndərin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirib

08.05.2025

Müstəqil Azərbaycanın memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar Daxili İşlər Nazirliyinin əməkdaşları və hərbi qulluqçuları Suraxanı rayonu ərazisindəki yaşıllıq massivində növbəti ağacəkmə kampaniyası keçiriblər.

Əvvəlcə polis əməkdaşları və hərbi qulluqçular ərazidə olan bitkilərə qulluq göstərib, yaşıllıq zonasında təmizlik işləri aparıblar. Sonra yerli iqlimə uyğunlaşdırılmış zeytun tinglərini əkib, onların suvarılmasını təmin ediblər. Tinglərin  küləkdən qorunması və normal böyümələri üçün qoruyucu dirəklər basdırıblar.

Ərazinin nəzarətdə saxlanılması, əkilmiş ağaclara mütəmadi qulluq göstərilməsi üçün müvafiq tədbirlər bundan sonra davam etdiriləcəkdir.

DIN_8151

DIN_8210

DIN_8160

DIN_8219

DIN_8164

DIN_8291


Youtube linki - https://www.youtube.com/watch?v=bqWgXV8pv2A