DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:
image_20240531164503.jpg

Daxili işlər naziri Yardımlı rayonunda vətəndaş qəbulu və sıra baxışı keçirib

31.05.2024

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov mayın 30-da və 31-də Yardımlı Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.

Nazir əvvəlcə Yardımlı rayonundakı ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini böyük hörmət və ehtiramla yad edib.

Sonra Rayon Polis Şöbəsinin inzibati binasında Yardımlı, Astara, Lerik, Masallı, Lənkəran şəhər və rayonlarından qəbula gələn 264 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib. Müraciətlərin əksəriyyətinin yerində həlli ilə bağlı tədbirlər görülüb.

Səfər çərçivəsində general-polkovnik V.Eyvazov bölgə üzrə polis orqanlarında sıravi və kiçik rəis heyətinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib.

21 Vətən müharibəsi iştirakçısının da qatıldığı sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 92 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.

2ff14680-2d74-486f-94d2-1531d17824ec

2f41bfd4-be1c-4864-965e-c81342c19b03

f24af4a9-0e22-4439-b182-4bd6d6a08c21

ce1ab7ec-0a88-452d-b063-49ad586948a6

4886cc58-b4e3-4b62-811e-cde660f9606c

ffb73336-11e5-4446-8271-7b4a01de9c37

3affc4bd-4503-48f9-8860-f69005ef4da4

331ea23a-f516-4e39-b95f-1faf7acc3da2