Daha 30 Vətən müharibəsi iştirakçısı və 1 şəhid ailəsinin üzvü polis orqanlarında xidmətə qəbul olundu
01.12.2022Noyabrın 30-da Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.
Nazir ayrı-ayrılıqda hər bir gəncin zahiri görkəmi, fiziki hazırlığının vəziyyəti, ümumi bilik səviyyəsi və dünyagörüşü ilə maraqlanıb.
Sıra baxışında Daxili İşlər Nazirliyinin rəsmi saytında və sosial şəbəkələrdəki səhifələrində, o cümlədən mediada verilmiş elana uyğun olaraq Nazirliyə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 211 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 30 nəfəri Vətən müharibəsinin iştirakçısı, 1-i isə şəhid ailəsinin üzvü olub.
Tədbirdə çıxış edən daxili işlər naziri V.Eyvazov xidmətə qəbulun şəffaflıq və aşkarlıq prinsipləri əsasında keçirildiyini qeyd edərək seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.