DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:
image_20211125104211.jpg

Azərbaycan DİN-in nümayəndə heyəti İNTERPOL-un Baş Assambleyasının sessiyasında iştirak edir

24.11.2021

Azərbaycan Respublikasının daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimovun rəhbərliyi ilə İNTERPOL-un Milli Mərkəzi Bürosunun rəisi, polis general-mayoru Əlaslan Ağayev, Büronun şöbə rəisinin müavini, polis polkovniki Hamlet Babayev və DİN-in Türkiyədəki nümayəndəsi, polis polkovniki Elşad Süleymanovdan ibarət nümayəndə heyəti Beynəlxalq Kriminal Polis Təşkilatı - İNTERPOL-un Baş Assambleyasının 2021-ci il 23-25 noyabr tarixlərində Türkiyə Respublikasının İstanbul şəhərində keçirilən 89-cu sessiyasında iştirak edirlər.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Türkiyənin daxili işlər naziri cənab Süleyman Soylu ilə görüşü olub.  

S.Əzimov Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun səmimi salamlarını Türkiyənin daxili işlər naziri Süleyman Soyluya çatdırıb. Görüşdə qeyd olunub ki, bu gün iki qardaş ölkə arasında olan səmimi dostluq və qardaşlıq münasibətləri Daxili İşlər nazirliklərinin qarşılıqlı fəaliyyətinə çox müsbət zəmin yaradıb.

S.Soylu da onun səmimi salamlarını nazir Vilayət Eyvazova çatdırmağı xahiş edib.

Dostluq və mehribanlıq şəraitində keçən görüşdə tərəfləri maraqlandıran bir sıra məsələlər müzakirə edilib.