Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Bakı Şəhər Baş Polis İdarəsindən

09.09.2020


Sentyabrın 9-da saat 15 radələrində 20-25 nəfər “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq, Səbail rayonundakı İstiqlaliyyət küçəsində şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmadan toplaşıb küçə yürüşü keçirməyə cəhd etmişdir.

Ərazidə xidmətdə olan polis əməkdaşları tərəfindən qanunsuz küçə yürüşünə cəhdin qarşısı alınmış, iştirakçılar ərazidən uzaqlaşdırılmışlar.

Saxlanılan və ya həbs edilən olmamışdır.