Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

9 May Qələbə Günü ərəfəsində daxili işlər orqanlarında xidmət etmiş Böyük Vətən müharibəsi iştirakçıları ilə görüş keçirilib

08.05.2020


 İkinci dünya müharibəsində faşizm üzərində Qələbədən 75-ci il keçir. Qələbənin əldə olunmasında Azərbaycan xalqının da böyük töhfəsi və rolu olub. Ulu öndər Heydər Əliyev ikinci dəfə Azərbaycana siyasi hakimiyyətə qayıtdıqdan sonra imzaladığı sərəncamla hər il mayın 9-u Qələbə Günü kimi rəsmi dövlət bayramı səviyyəsində qeyd edilməyə, müharibə veteranlarının sosial-məişət şəraitinin, maddi rifahının yaxşılaşdırılmasına başlandı, onların müalicələrinin təşkili istiqamətində əsaslı tədbirlər həyata keçirildi, müvafiq fərman və sərəncamlar imzalandı.

Milli Liderin Böyük Vətən müharibəsi iştirakçılarına, müharibədə həlak olanların ailələrinə göstərdiyi diqqət və qayğı bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

 Mayın 8-də Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun göstərişi ilə Nazirliyin nümayəndələri alman faşizmi üzərində möhtəşəm qələbədən sonra həyatlarını daxili işlər orqanlarında xidmətə sərf etmiş bir qrup Böyük Vətən müharibəsi iştirakçısının evində olmuş, nazir V.Eyvazovun səmimi təbriklərini və bayram hədiyyəsini onlara çatdırmışlar.

Veteranlardan Müseyib İlyasov, Mehdi Mehdiyev, Əli Hacıyev, Əlikişi Cümşüdov, Səfər Abdullayev və  Əzim İbrahimov  göstərdiyi yüksək diqqət və qayğıya görə Daxili İşlər Nazirliyinin rəhbərliyinə dərin minnətdarlıqlarını bildirmişlər.