Nazir səfirlə görüşdü
07.02.2020Fevralın 7-də Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Almaniya Federativ Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Volfqanq Maniqi qəbul edib.
Avropalı diplomatı yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edən nazir V.Eyvazov ona fəaliyyətində uğurlar arzulayıb.
Dostluq və işgüzar şəraitdə keçən görüşdə tərəfləri maraqlandıran bir sıra məsələlər müzakirə edilib.
ƏLAQƏLİ PRESS-RELİZLƏR