DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DİN-in və Respublika Prokurorluğunun Mətbuat Xidmətlərinin məlumatı

08.10.2005



     Respublikanın  polis və prokurorluq orqanları əməkdaşlarının yüksək peşəkarlığı və gərgin səyləri nəticəsində ölkədə kriminogen duruma nəzarət olunması,  asayişin mühafizəsi, baş vermiş ağır və xüsusilə ağır, geniş rezonans doğurmuş cinayətlərin açılması, istintaqdan yayınanların tapılıb-tutulması, habelə narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.
     Belə ki, 2005-ci il avqustun 28-də
Saatlı rayon sakini Ənvər İsmayılovun, qardaşı Baxşının avqustun 23-dən itkin düşməsi ilə bağlı müraciəti üzrə aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Baxşı İsmayılovu qısqanclıq zəminində xalası oğlu Yaşar Rəhimov öldürmüş, meyitini balta ilə doğrayaraq həyətlərində olan su kollektorunun yanında basdırmışdır. Avqustun 25-də isə meyitin hissələrini basdırdığı yerdən çıxararaq  rayonun Soltanabad kəndi ərazisindən keçən su kanalına və kanalın kənarındakı qamışlığa atmışdır.
      Saatlı rayon prokurorluğu və Polis Şöbəsi əməkdaşlarının birgə tədbirləri ilə cinayətkar yaxalanmışdır.
      2005-ci il  sentyabrın 11-də, Əmircan qəsəbəsində, vətəndaş Bəhlul Qafarov kirayədə qaldığı evin sahibi Fərman Mirzəyevi yatarkən balta ilə baş nahiyəsinə zərbə endirərək qətlə yetirmiş, ona məxsus 700 ABŞ dolları və 1 ədəd mobil telefonu götürərək hadisə yerindən qaçmışdır. Elə həmin gün Suraxanı rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri operativ tədbirlərlə qatil yaxalanmışdır.  
       2005-ci il sentyabrın 14-də Ağcabədi rayonu ərazisindəki fermada yaşayan Laçın rayonundan olan məcburi köçkün Əhməd Əhmədov və oğlu İntizam avtomat silahdan açılmış atəşlə qətlə yetirilmişlər.
Daxili İşlər Nazirliyi Baş Cinayət-Axtarış İdarəsinin Ağcabədi rayon Polis Şöbəsi əməkdaşları ilə birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətmiş Məmməd İsmayılov və cinayətkar qrupun digər üzvləri yaxalanmış, onlardan qətldə istifadə etdikləri avtomat silah götürülmüşdür.
      İstintaq-əməliyyat tədbirləri ilə onların daha 2 quldurluq hadisəsi töərtmələri də müəyyən edilmişdir. 
       ılması təmin edilmiş daha bir ağır cinayət hadisəsi Şəki rayonunda qeydə alınmışdır. Müəyyən edilmişdir ki, rayonun Zunud kənd sakini, əvvəllər məhkum olunmuş Sadiq Salehov həmkəndlisi Elxan Mustafayevlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, «Qazel» markalı yük avtomaşınının sürücüsünü öldürüb avtomaşının hissələrini satmaq və əldə edilmiş pulu bölüşdürmək haqda razılığa gəlmişlər. Bu məqsədlə, onlar Bakı şəhərinin «Xalqlar dostluğu» dairəsi adlanan əraziyə gəlib, orada «Qazel» markalı avtomaşının sürücüsü Ruslan Əliyevlə Şamaxı rayonundan Şəki rayonuna yük daşımağa dair sövdələşmişlər. 2005-ci il sentyabrın 22-də S.Salehov və E.Mustafayev avtomaşını Şəki rayonunun Baltalı kəndinin ərazisinə sürdürmüş, orada sürücüyə bıçaq və linglə zərbələr yetirərək onu öldürüb, meyitini kanala atmış, avtomaşını isə söküb satmaq niyyətilə meşəlikdə gizlətmişlər. Həyata keçirilən operativ tədbirlər nəticəsində bu cinayət də «isti izlər»lə açılmış və həmin şəxslər həbs olunmuşlar.
     2005-ci il sentyabın 24-də saat 23 radələrində paytaxtın Musa Nağıyev adına şəhər klinik xəstəxanasına odlu silahdan yetirilmiş xəsarətlərlə Corat qəsəbəsinin sakini Ramil Mirzəyev gətirilmişdir.
 Faktl üzrə aparılan istintaq zamanı bu cinayətin Müzəffər Mehdiyev tərəfindən törədilməsi müəyyən olunmuş və o, həbs edilmişdir.
     2005-ci il sentyabrın 27-də Gəncə Gil-torpaq İstehsalat Birliyinin bağ evində yaşayan Lətifə Abdullayevanın və Mobil Abdulzadənin üzərində zorakılıq əlamətləri olan meyitləri aşkar olunmuşdur. 
     Şəhər Polis İdarəsinin və prokurorluğunun apardığı əməliyyat-istintaq təldbirləri ilə müəyyən edilmişdir ki, Gəncə şəhər sakini Kamil İsayev,  şəxsi ədavəti olduğu Lətifə Abdullayevanı və oğlu Mobili qəsdən öldürmək niyyəti ilə həmin gün onların evinə gələrək, ov tüfəngindən atəş açmaqla xəsarətlər yetirmiş, evi yandıraraq hər ikisini xüsusi amansızlıqla öldürmüşdür.
     Bundan başqa, Kamil İsayev elə həmin gün Gil-torpaq İstehsalat Birliyinin bağ sahəsində yerləşən Rahilə Zeynalovanın yaşadığı evə girib sonuncuya mətbəx bıçağı ilə işgəncələr verməklə pul tələb etmiş,  bundan imtina etmiş R.Zeynalovanı evin eyvanından asmışdır. Lakin sonuncu qonşuları köməyə çağıra bilmiş və bu səbəbdən cinayət əməli başa çatmamışdır. Kəpəz rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisə yerindən qaçmış Kamil İsayev 2 gün sonra yaxalanmışdır.
     Yuxarıda göstərilən bütün faktlar üzrə başlanmış cinayət işləri ilə bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir. 
    
Qeyd olunmalıdır ki, təkcə sentyabr ayı ərzində paytaxtda mənzil oğurluğu və qarətlə məşğul olan bir neçə cinayətkar qrup da zərərsizləşdirilmişdir.  
     Sentyabrın 3-də
Yasamal rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində özlərini «Barmek» Elektrik Şəbəkəsinin işçiləri kimi təqdim edərək mənzillərə daxil olan və quldurluq yolu ilə vətəndaşların əmlakını talayan 4 nəfərdən ibarət cinayətkar dəstə yaxalanmışdır. Bu dəstənin üzvləri olan Rəşad Şirinov, Orxan Mustafayev, Səbinə Rzayeva və Tural Əliyev aldatma yolu ilə vətəndaşların mənzillərinə girərək, soyuq silahla hədə-qorxu gəlib onlardan qiymətli əşyalarını tələb edirmişlər.
     Sentyabrın 11-də isə Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsi, Bakı şəhər Baş Polis İdarəsi və Səbail rayon Polis İdarəsi əməkdaşlarının birgə əməliyyat-axtarış tədbirləri ilə Gürcüstan vətəndaşları, əvvəllər dəfələrlə məhkum olunmuş   Rezo Muradov və Aslan Qasımov tutulmuşlar. Sonuncunun yaşadığı mənzilin zirzəmisindən cinayətkar dəstəyə məxsus 2 «Makarov» tapançası, 1 «Revolver» tipli  İtaliya istehsalı olan tapança, 1 «Vinçester» və 1 lüləsi kəsik ov tüfəngi, xeyli güllə, həmçinin mənzillərin qapılarını açmaq üçün müxtəlif təyinatlı alətlər götürülmüşdür. Eyni zamanda onların Nəsimi, Nizami, Nərimanov və Sabunçu rayonlarında 23 mənzil oğurluğu törətmələri də müəyyən olunmuşdur.
     Hazırda cinayətkar qrupun digər üzvlərinin tapılıb-tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.   
     Sentyabrın 14-də Nərimanov rayon Polis İdarəsinin əməkdaşları tərəfindən daha bir cinayətkar qrup hadisə yerində - Təbriz küçəsində yerləşən mənzillərin birindən oğurluq edərkən yaxalanmışdır. Əvvəllər məhkum olunmuşlardan ibarət olan bu qrupun üzvləri Rasim Ağayev, Mahir Qurbanov və Məzahir Qurbanovdan 4 ədəd «Makarov» və «Naqan» tipli tapança, 1 qaz tapançası, 100-ə yaxın güllə, yaşadıqları evdən isə 1,2 kiloqram marixuana götürülmüşdür.
     İstintaq-əməliyyat yolu ilə onların paytaxtın müxtəlif ərazilərində hələlik 8 mənzil oğurluğu törətmələri tam sübuta yetirilmişdir.                   
     Respublikanın daxili işlər və prokurorluq orqanları tərəfindən əvvəllər cinayət törədərək istintaqdan qaçıb gizlənənlərin axtarışı istiqamətində aparılan məqsədyönlü tədbirlər də uğurlu olmuşdur. Təkcə bu ilin sentyabr ayında barələrində həbs qətimkan tədbiri seçilərək axtarışa elan edilmiş şəxslərdən 304 nəfəri tapılıb tutulmuşdur. Onlardan 116-sı ağır cinayətlər, 2-si ölüm,  1-i banditizm, 6-sı soyğunçuluq və quldurluq törətdiklərinə görə axtarılanlar olmuşlar.
     Bu baxımdan, 2000-2002-ci illərdə Zaqatala-Balakən bölgəsində bir sıra ağır və xüsusilə ağır cinayətlər törətmiş Hacı Maqomedovun silahlı quldur dəstəsinin fəal üzvlərindən daha 2 nəfəri - İslam Hiniyev və Qurban Qurbanov da ötən ay respublika Daxili İşlər Nazirliyi və Rusiya Federasiyasının Dağıstan milisi əməkdaşlarının birgə əməliyyat tədbirləri nəticəsində qonşu ölkənin ərazisində həbs olunaraq respublikamıza gətirilmişlər.
     Göstərilən müddət ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı fəal mübarizə aparılmaşına da xüsusi diqqət yetirilərək 220-dən çox cinayət faktı aşkar edilmiş, 35 kiloqramdan artıq narkotik vasitə və digər güclü təsiredici maddələr, o cümlədən 1,2 kiloqram heroin, 1,1 kiloqramdan çox həşiş, 30 kiloqrama yaxın marixuana,  2 kiloqramdan artıq tiryək götürülmüş, 221 hektar ərazidə yabanı halda bitmiş 72,3 ton narkotik xassəli çətənə kolu aşkar olunaraq məhv edilmişdir.
     Sentyabrın 15-də Nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Bakı şəhər sakini Sərdar Əliyevdən 10 kiloqram 217 qram marixuana, bundan 3 gün sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Cəlilabad rayon Polis Şöbəsinin əməkdaşları İran İslam Respublikasının vətəndaşı İbrahim Qubadidən 1,2 kiloqram heroin, Nizami rayon Polis İdarəsinin əməkdaşları isə həmin ayın 27-də rayon sakini Pavel Qriqoryevdən 7,3 kiloqram marixuana götürmüşlər.        
      Respublika Daxili İşlər Nazirliyi və Baş Prokurorluğu ictimaiyyəti əmin edir ki, cinayətkarlığa qarşı mübarizədə dövlətin qətiyyətli və barışmaz mövqeyinin həyata keçirilməsi sahəsində ölkə Prezidentinin tələbləri bundan sonra da layiqincə yerinə yetiriləcək,  vətəndaşların qanunla qorunan hüquqlarının təmin edilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi üzrə  tədbirlər əzmlə davam etdiriləcəkdir.