Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətlərindən
09.07.2012Respublikada baş verən ağır və xüsusilə ağır cinayətlərin açılması, təqsirkar şəxslərin tutulub məsuliyyətə cəlb edilməsi istiqamətində daxili işlər və prokurorluq orqanları tərəfindən son günlər bir sıra uğurlu əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri həyata keçirilmişdir.
Xəbər verildiyi kimi cari il iyunun 27-də Mingəçevir şəhər sakini, Xəyalə Xəlilovanın üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilmişdir.
Fakta görə həmin tarixdə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
"İsti izlər"lə müəyyən edilmişdir ki, həmin cinayəti aralarında yaranmış şəxsi münasibətlər zəminində qisas almaq niyyəti ilə həmyerlisi Qurbani Şəfiyev törətmişdir.
Aparılan təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Q.Şəfiyev yaxalanmışdır. O, ifadəsində X.Xəlilovanı balta ilə baş nahiyəsindən vuraraq qəsdən öldürdüyünü, həmçinin mənzildən "Nokia" markalı mobil telefonu götürərək hadisə yerindən qaçıb gizləndiyini təsdiq etmişdir.
Q.Şəfiyev təqsirləndirilən şəxs qismində cəlb olunmuş və barəsində həbs qətimkan tədbiri seçilmişdir.
Digər cinayət hadisəsi paytaxtın Suraxanı rayonunda qeydə alınmışdır.
Belə ki, iyunun 22-də saat 17 radələrində Bülbülə qəsəbəsində yaşayış evində baş vermiş yanğın nəticəsində vətəndaş Zibeydə Məmmədovanın yanmış meyiti aşkar edilmişdir.
Meyitə baxış zamanı mərhumun bədəni üzərində kəsici-deşici alətlə yetirilməyə xarakteik xəsarətlər müəyyən edildiyindən fakta görə Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanmışdır.
Rayon prokurorluğunun və Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin Samir Səlimov tərəfindən törədilməsi müəyyən edilmişdir. S.Səlimova Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulan ittiham irəli sürülməklə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və barəsində həbs qətimkan tədbiri seçilmişdir.
Hər iki cinayət işi üzrə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

ƏLAQƏLİ PRESS-RELİZLƏR