Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin məlumatı

13.07.2005



     Respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov Avstriyanın Federal Daxili İşlər Naziri xanım Liza Prokopun dəvəti ilə iyulun 14-də bu ölkəyə rəsmi səfərə yola düşəcəkdir.
     İki gün davam edəcək səfər çərçivəsində cənab Ramil Usubovun Avstriyanın Federal Daxili İşlər və Ədliyyə nazirləri ilə, Baş prokurorla, Ali Məhkəmənin sədri ilə, Parlament sədrinin birinci müavini və digər rəsmi şəxslərlə, habelə   BMT Baş katibinin müavini, BMT Vyana ofisinin baş direktoru, BMT Narkotiklər və Cinayətkarlıq İdarəsinin icraçı direktoru və mətbuat nümayəndələri ilə görüşləri planlaşdırılır.
     Səfərin sonunda Azərbaycanla Avstriyanın Daxili İşlər Nazirlikləri arasında «Polis fəaliyyəti sahəsində əməkdaşlıq haqqında» Saziş imzalanacaqdır.