Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:
image_20250526184126.jpg

Vətəndaşların nəzərinə

26.05.2025

Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov tərəfindən 2025-ci il iyun ayının 2-də Bərdə Rayon Polis Şöbəsinin inzibati binasında Ağdam, Ağcabədi, Şuşa, Laçın, Tərtər, Zərdab və Bərdə şəhər və rayonlarının sakinlərinin qəbulu keçiriləcək.

Qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 01.06.2025-ci il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.

Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.