Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Daxili işlər naziri Vilayət Eyvazov Qazaxıstan Respublikasına işgüzar səfər edib

21.12.2024

Dekabrın 19-20 tarixlərində Azərbaycan Respublikasının daxili işlər naziri Vilayət Eyvazovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstan Respublikasında işgüzar səfərdə olub. 
Səfər çərçivəsində Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Astana şəhərində Qazaxıstan  Respublikasının daxili işlər naziri polis general-leytenantı Erjan Sadenovla görüşüb.
Görüşdə iki ölkənin Daxili İşlər nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi, cinayətkarlıqla, o cümlədən onun mütəşəkkil formaları, narkotik vasitələrin qanunsuz dövriyyəsi, kibercinayətkarlıq, insan alveri, ekstremizmin təzahürləri ilə mübarizə və digər məsələlər müzakirə edilib. 
Daxili işlər nazirləri arasında müasir dövrün çağırış və təhdidlərinə qarşı birgə mübarizə üzrə qarşılıqlı fəaliyyət haqqında bəyannamə imzalanıb.
Tədbir çərçivəsində Azərbaycan Daxili İşlər Nazirliyinin nümayəndə heyəti təhlükəsizliyin təmin olunması sahəsində təcrübə mübadiləsi aparıb, orada tətbiq olunan kommunikasiya sistemləri ilə tanış olublar.