Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:
image_20231004104253.jpg

Vətəndaşların nəzərinə

04.10.2023

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik cənab Vilayət Eyvazov tərəfindən cari il oktyabr ayının 25-də Ağcabədi Rayon Polis Şöbəsinin inzibati binasında Ağcabədi, Ağdam, Bərdə, Laçın və Zərdab şəhər və rayonlarının sakinlərinin qəbulu keçiriləcək. 

Qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 24.10.2023-cü il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər. 

Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.