Vətəndaşların nəzərinə
12.04.2023Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik cənab Vilayət Eyvazov tərəfindən cari ilin aprel ayının 19-da Sabirabad rayonunda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun tarixi aprelin 18-nə dəyişdirilmişdir.
Qəbulda İmişli, Beyləqan, Füzuli, Xocavənd, Saatlı və Sabirabad rayonlarının sakinlərinin müraciətlərinə baxılacaq. Qəbula yazılmaq istəyən vətəndaşlar 17.04.2023-cü il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər. Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.