Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən
28.09.2021Sentyabrın 28-də Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov, nazirliyin rəhbər vəzifəli digər əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları 2-ci Fəxri Xiyabana gələrək 44 günlük Vətən müharibəsində respublikamızın ərazi bütövlüyünün qorunması, bərpası və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri qoyublar.