Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:
image_20211113013254.jpg

Daxili işlər naziri yeni səfiri qəbul edib

09.09.2021

Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov sentyabrın 9-da Türkiyə Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcını qəbul edib.    
Qonağı salamlayan nazir təyinatı münasibətilə onu təbrik edib, dəyərli fəaliyyətində uğurlar arzulayıb.

Daxili işlər naziri Azərbaycan ilə Türkiyə arasında əlaqələrin günü-gündən genişləndiyini, dövlət başçılarımızın əməkdaşlığın bütün sahələrdə ən yüksək səviyyədə inkişafına böyük önəm verdiklərini diqqətə çatdırıb, eyni zamanda son illər hər iki ölkənin Daxili İşlər nazirliklərinin cinayətkarlıqla mübarizə, peşə hazırlığı, informasiya və təcrübə mübadiləsi sahələrində əldə etdikləri önəmli nəticələr barədə məlumat verib.
General-polkovnik Vilayət Eyvazov Azərbaycan polisinin, Daxili Qoşunların səmərəli fəaliyyət göstərdiyini, ictimai asayişin qorunmasında, cinayətkarlıqla mübarizədə aparıcı hüquq mühafizə orqanı kimi öz yerini tutduğunu məmnunluqla qeyd edərək bütün bu nailiyyətlərdə Türkiyə polisinin və Jandarm Qüvvələrinin də xüsusi rolunun, xidmətinin olduğunu nəzərə çatdıraraq buna görə Türkiyə Daxili İşlər Nazirliyinin, Emniyyet Genel Müdürlüyünün, o cümlədən Jandarm Qüvvələrinin bütün mənsublarına təşəkkürünü bildirib.
Səmimi qəbula və təbrikə görə dərin minnətdarlığını bildirən səfir Cahit Bağcı  Azərbaycanın bütün sahələrdə sürətli inkişafından məmnun olduğunu nəzərə çatdıraraq dövlətlərimizin müvafiq strukturları arasında əlaqələrin daha da genişləndirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini vurğulayıb.
Dostluq və mehribanlıq şəraitində keçən görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə edilib.