
Ətraf mühitin mühafizəsi və sağlamlaşdirilmasi polisin də diqqət mərkəzindədir
08.05.2021
Polis əməkdaşları boş qalmış, əkin üçün yararsız ərazidə abadlıq və təmizləmə işləri aparıblar. Sonra yerli iqlimə uyğunlaşdırılmış şam və zeytun tinglərini xüsusi aqrotexniki qaydada qazılmış yerlərdə əkib, onların suvarılmasını təmin ediblər. Tinglərin küləkdən qorunması və normal böyümələri üçün qoruyucu dirəklər basdırıblar.
Ərazinin nəzarətdə saxlanılması, əkilmiş ağaclara mütəmadi qulluq göstərilməsi üçün müvafiq tədbirlər bundan sonra davam etdiriləcəkdir.
ƏLAQƏLİ PRESS-RELİZLƏR