Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətlərinin məlumatı
30.01.2021Xəbər verildiyi kimi, yanvarın 27-də saat 01 radələrində Nəsimi rayonu 4-cü mikrorayon ərazisində yerləşən məişət tullantılarının atılması üçün nəzərdə tutulmuş zibil qutularında 5 ədəd torbada doğranmış vəziyyətdə naməlum qadın meyitinin hissələrinin aşkar edilməsi faktı ilə bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə başlanmış cinayət işi üzrə intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir.
Təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində aşkar edilmiş naməlum qadın meyitinin 1989-cu il təvəllüdlü Məhərrəmova Banı Xudayar qızı olması müəyyən edilmişdir.
Prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla birgə həyata keçirilmiş tədbirlər nəticəsində zərərçəkmişin qayınatası 1946-cı il təvəllüdlü İdris Məhərrəmovun gəlini Banı Məhərrəmova ilə ailə məişət zəminində mübahisə zamanı sonuncunun baş nahiyyəsindən çəkiclə vurub çoxsaylı bıcaq zərbələri yetirərək onu xüsusi amansızlıqla qəsdən öldürməsinə, daha sonra mətbəx bıçağı və balta ilə meyiti ayrı-ayrı hissələrə parçalayaraq torbalara yığıb məişət tullantılarının atılması üçün nəzərdə tutulmuş zibil qutularına atmasına əsaslı şübhələr müəyyən edilmişdir.
29 yanvar 2021-ci il tarixdə İdris Məhərrəmov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 245-ci (qəbir və ya meyit üzərində təhqiredici hərəkət) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
ƏLAQƏLİ PRESS-RELİZLƏR